Ģý Universitetində 2025–2026-cı tədris ili üzrə Məzun Günü təntənəli şəkildə qeyd olunub. Universitetin kampusunda təşkil olunan tədbirdə məzunların valideynləri, professor-müəllim heyəti, həmçinin digər qonaqlar iştirak ediblər.
Tədbir Ģý Universitetinin beynəlmiləl mühitini əks etdirən ənənəvi bayraq keçidi ilə başlayıb. Əcnəbi tələbələr təmsil etdikləri ölkələrin bayraqları ilə səhnəyə çıxdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin tələbələri Ayxan Məmmədov və Əminə Rəhmanovanın aparıcılıq etdiyi mərasim rəsmi çıxışlarla davam edib.
Tədbirdə çıxış edən Ģý Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov tələbələrin təhsil illəri ərzində qazandıqları yüksək nailiyyətləri diqqətə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Universitetin 20 illik fəaliyyəti ərzində əsas missiyalarından birinin parlaq gəncləri ölkəyə qazandırmaq və onları Azərbaycanda saxlamaq olduğunu bildirən prorektor məzunlara səslənib: "Öz tarixinizi özünüz yazın." Müəllim və alimlərin eyni ali həqiqətlərin və dəyərlərin daşıyıcısı olduğunu vurğulayan E.Nurməmmədov təhsillərini xaricdə davam etdirəcək gənclərə dəyərli tövsiyələr verib. O, məzunları qazandıqları bilik və təcrübə ilə daim dövlətimizin tərəqqisinə, eləcə də gələcək nəsillərin inkişafına töhfə verməyə çağırıb.
Məzun gününün xüsusi qonağı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli aktyor Nurəddin Mehdixanlı səhnəyə çıxaraq məzunları təbrik edib və istedadlı gənclərlə fəxr etdiyini bildirib. O, gənclərə ölkəmizin inkişafı naminə hər zaman elmi və milli dəyərlərə sadiq qalmağı, haradan məzun olduqlarını unutmamağı, öz milli kimliyimizi və tariximizi dərindən bilməyin vacibliyini tövsiyə edib. Azərbaycanın müstəqil və ərazi bütövlüyünü tam təmin etmiş güclü bir dövlət olduğunu vurğulayan sənətkar qeyd edib ki, gənclərimiz dünyaya silahla deyil, məhz mədəniyyət, təhsil və texnologiya ilə meydan oxumalıdırlar. Sonda Nurəddin Mehdixanlı məzunların gələcəkdə dünyanın hər yerində kök salacaq nəhəng çinar ağaclarına çevriləcəklərinə əminliyini ifadə edib.
Tədbirdə təhsil müddətində yüksək akademik göstəriciləri ilə fərqlənən iki məzun tələbə heyəti adından ürək sözlərini bölüşüblər. Hüquqşünaslıq ixtisası üzrə bakalavr məzunu Rəvan Həsən və Təhsil Menecmenti ixtisası üzrə magistr məzunu Aydan Novruzova çıxışlarında Ģý Universitetindəki tələbəlik həyatında qazandıqları zəngin təcrübədən bəhs ediblər.
Tədbirin yekununda çıxış edən Ģý Universitetinin rektoru, səfir Hafiz Paşayev məzunları və onların ailələrini təbrik edib. Ailə dəyərlərinin önəmini vurğulayan rektor hər bir tələbəyə öz övladı kimi yanaşdığını bildirib, Ģý-nın yüksək tələbləri olan təhsil sisteminə baxmayaraq, gənclərin nümayiş etdirdiyi əzmkarlığa görə minnətdarlığını ifadə edib. Universitetin 20 illik zəngin təcrübəsinə toxunan rektor, artıq Ģý məzunlarının da Universitetdə müəllim kimi fəaliyyət göstərməsini fəxrlə diqqətə çatdırıb. Elm və təhsillə yanaşı, əsl vətəndaşlıq ruhunun aşılanmasının daha vacib bir missiya olduğunu və Ümummilli Lider Heydər Əliyevin bu sahədə ən böyük örnək olduğunu qeyd edən Hafiz Paşayev, gəncləri qlobal biliklərə yiyələnməklə bərabər, milli-mənəvi dəyərləri qorumağa və Azərbaycanın adını dünyada hər zaman qürurla ucaltmağa çağırıb.
Ümumilikdə, 2025–2026-cı tədris ilində Ģý Universitetindən 26 ixtisas üzrə 583 bakalavr və 245 magistr olmaqla, cəmi 828 tələbə məzun olub. Yüksək ixtisaslı kadr kimi yetişən bu gənclərin 785-i yerli, 16 ölkəni təmsil edən 43-ü isə əcnəbi tələbələrdir.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Kənd təsərrüfatı və qida sistemlərinin menecmenti, İnsan resursları menecmenti və Elektrik və elektronika ixtisaslarından məzunlar olub.
Tədbir məzunların ənənəvi papaqatma mərasimi ilə başa çatıb.